“Abituriyent dəstək xətti” layihəsinə start verilir!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “Abituriyent dəstək xətti” layihəsinə start verilir.
Layihə çərçivəsində 1 avqust tarixindən etibarən ixtisas seçimi yekunlaşana qədər abituriyentlər Filialın peşəkar karyera məsləhətçiləri ilə əlaqə saxlayaraq ixtisas seçimi ilə bağlı suallarını yönləndirə biləcəklər.
Ətraflı məlumatla dma.gov.az saytında tanış ola bilərsiniz.