abs-da-jurnalistika-ve-media-ila-maraqlanan-telebeler-ucun-tehsil-proqrami--

ABŞ-da Jurnalistika və media ila maraqlanan tələbələr üçün təhsil proqramı!

Jurnalistika və media ila maraqlanan birinci və ya ikinci kurs universitet tələbələrinin diqqətinə!

ABŞ-nin Bakıdakı Səfirliyi ABŞ-dəki icma kollecinin ev sahibliyi etdiyi rəqəmsal media və kommunikasiyalar üzrə bir illik təhsil proqramını elan etməkdən məmnundur. Bu rəqabətli və tam maliyyələşdirilən proqram siza amerikalı və beynəlxalq tələbələrlə birgə əldə etdiyiniz bilik və bacarıqları real media layihələrədə istifadə etməyə imkan verəcək. Proqram tam olaraq ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.
Rəqəmsal media və kommunikasiyalar üzrə təhsil almaqla iştirakçılar kütləvi informasiya vasitələri, media və yayım tarixi, rəqəmsal və sosial media və bugünkü qlobal cəmiyyətə təsir etməkdə medianın oynadığı rol haqqında öyrənəcəklər.

*Tələbələrə təhsil müddətində ABŞ-da işləməyə icazə verilmir və proqram müddətində hər hansı digər kursları qəbul etmək qətiyyən həvəsləndirilmir.

Şərtlərlə linkə keçid edərək tanış ola bilərsiniz.

Müraciət üçün son tarix 21 fevral 2023-cü ildir.