ABŞ-nin müvəqqəti işlər vəkili cənab Huqo Gevara və USAID-in Azərbaycandakı missiya direktoru cənab Maykl Nirbas PROGRO Sumqayıt mərkəzinin qonağı oldular
Sentyabrın 7-də ABŞ-nin müvəqqəti işlər vəkili cənab Huqo Gevara və USAID-in Azərbaycandakı missiya direktoru cənab Maykl Nirbas PROGRO Sumqayıt mərkəzinin qonağı olmuşlar.
Səfər zamanı PROGRO Platformasının 6-aylıq ödənişsiz ingilis dili kurslarının ilk məzunlarına sertifikatlar təqdim edildi. Gənclərin qonaqlarla səmimi görüşünün sonunda birgə xatirə fotosu çəkilmişdir. Uğurlu məzunlarımızı təbrik edir, onlara gələcək karyeralarında yeni nailiyyətlər arzulayırıq!
PROGRO Platforması BMT-nin İnkişaf Proqramı ( UNDP Azerbaijan ) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılmışdır və ABŞ Beynəlxalq İnkişaf Agentliyi ( USAID/Azerbaijan ) tərəfindən maliyyələşdirilir.



