ABŞ Səfirliyi Gender əsaslı Zorakılığa qarşı Sizi Azərbaycanda və qlobal miqyasda Gender Zorakılığı problemləri ilə bağlı CANLI müzakirəyə dəvət edir.
ABŞ Səfirliyi Gender əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası çərçivəsində sizi Azərbaycanda və qlobal miqyasda Gender Zorakılığı problemləri ilə bağlı Facebookda CANLI müzakirəyə dəvət edir. Biz həmçinin problemin miqyasını azaltmağa yönəldilmiş fəaliyyətləri də müzakirə edəcəyik.
Dekabrın 8-i, çərşənbə günü saat 19:00-da bizə qoşulun. Şəhla İsmayıl və İlyas Səfərli də daxil olmaqla ABŞ və Azərbaycandan olan ekspertlərdən ibarət müzakirə tədbirində biz mövcud vəziyyəti müzakirə edib, gələcəkdə mübarizə aparmaq üçün imkanları qiymətləndirəcəyik. Dr. Cakson Katz isə gender bərabərliyini təşviq etmək və gender zorakılığının qarşısını almaq üçün çalışan kişilərdən ibarət olan və gündən-günə artan qlobal hərəkat haqqında məlumat verəcək.