abs-tehsilli-azerbaycan-mezunlari-ictimai-birliyi--hamimiz-hamimiz-ucun-adli-yeni-layihesini-teqdim-edir--

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi "Hamımız hamımız üçün" adlı yeni layihəsini təqdim edir!

Əziz dostlar,

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi əlilliyi olan şəxslərə verilən imkanları dahada təkmilləşdirmək, onlara verilən hüquqlar və aktual mövzular barədə onları maarifləndirmək məqsədilə hazırlamış olduğu "Hamımız hamımız üçün" adlı yeni layihəsini təqdim etməkdən qürur duyur!

Layihə onlayn təlimlərdən ibarət olub, öz hüquqları barədə maariflənmək, təhsil almaq, öz biznesini yaratmaq istəyən 16-35 yaş kateqoriyasına aid olan əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuşdur.

Bu proqrama qatılmaqla iştirakçılar psixologiyadan, hüquqlardan başlayaraq inkluziv təhsil, start-up, şəxsi biznes kimi bir çox mövzular üzrə peşəkarların təlimlərində iştirak edərək biliklərini genişləndirmiş olacaqlar.

Proqramda iştirak ödənişsizdir və 4-10 iyun 2021-ci il tarixlərini əhatə edəcəkdir.

Proqrama kimlər müraciət edə bilər?
Öz şəxsi inkişafına töhfə vermək istəyən və 16-35 yaş kateqoriyasına aid əlilliyi olan şəxslər.

Proqrama necə müraciət etməli?
Müraciət etmək üçün link vasitəsilə qeydiyyatdan keçirsiniz, verilən sualları dolğun şəkildə cavablandırırsız.

Müraciət üçün son tarix: 31 may 2021-ci il, saat 22:00.

Uğurlar!

#AAA #azerbaijanialumniassociation #Hamımızhamımızüçün