adiyaman-ticaret-birjasinin-meclis-sedri-ile-kobia-da-gorus-kecirilib--

Adıyaman Ticarət Birjasının məclis sədri ilə KOBİA-da görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Adıyaman Ticarət Birjasının məclis sədri Abdullah Tutak ilə görüşüb. 

Görüşdə KOB-lar arasında əlaqələrin genişləndirilməsinə, birgə investisiya layihələrinin icrasına və KOBİA-nın bu istiqamətdə göstərə biləcəyi dəstək və xidmətlərə dair fikir mübadiləsi aparılıb.