afb-bank-perakende-kreditler-ve-onlayn-satis-sahesi-uzre-tecrubeciler-axtarisindadir--

AFB Bank Pərakəndə kreditlər və onlayn satış sahəsi üzrə təcrübəçilər axtarışındadır!

Siz də bank sektorunda müştərilərlə birbaşa çalışaraq nəzəri və praktiki biliklər qazanmaq istəyirsinizsə bu layihə sizin üçündür!

Təcrübə proqramına kimlər müraciət edə bilər?

-Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;

-Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.

Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.

-Ali təhsil;

-MS Office proqramları ilə işləmək bacarığı;

-Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus dili biliyi üstünlükdür;

-Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.

Müraciət etmək üçün CV-lərinizi mövzu sətrində "Pərakəndə kreditlər və onlayn satış üzrə təcrübəçi" qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.