"AgroPhoto" layihəsinə start verilir
Layihənin həyata keçirilməsində məqsəd gənclərin aqrar sahəyə marağının artırılması və bacarıqlarının inkişaf etdirilməsidir.
"AgroPhoto" müsabiqəsinin şərtləri:
- Müsabiqədə iştirak hər kəs üçün nəzərdə tutulmuşdur.
- Fotoşəkillər özündə doğru məlumatları ehtiva etməlidir.
- Bütün müraciətlərdə zəruri məlumatlar qeyd olunmalıdır.
- Fotoqraf dəqiq məlumat vermək məsuliyyətini daşıyır.
- Fotoşəkillərin üzərində heç bir ad, simvol, loqo icazə verilmir. Belə olduğu təqdirdə fotoşəkillər müsabiqəyə qəbul edilməyəcək.
- Fotoda kəsim, rəng doyma, kəskinlik, toz və kontrast düzəltmə kimi məqbul müdaxilə xaricində heç bir manipulyasiya və dəyişiklik qəbul edilmir.
- Fotoqraflar təqdim olunmuş fotoşəkillərin müəllifi olmalıdır.
- Fotolar rəngli şəkildə və eninə çəkilməlidir.
Qeydiyyat linki
Son qeydiyyat tarixi: 10.09.2022 saat 23:59