alo-karyeraya-muraciet-et-karyerana-ucun-pesekar-destek-al-

"ALO KARYERA"ya müraciət et, karyerana üçün peşəkar dəstək al !

Karyera planlaması peşəkar fəaliyyətiniz üçün detallı bir yol formalaşdırdığı üçün çox önəmlidir. Peşəkar planlama ixtisas və peşə seçimi prosesini asanlaşdırmaq, məşğul şəxslərin karyera yüksəlişinə dəstək olmaq, maliyyə dayanıqlılığını möhkəmlətmək və iş stressini tənzimləmək baxımından yeni imkanlar yaradır.

“Alo Karyera” dəstək xidmətinə müraciət edərək karyera planlamasının mərhələləri ilə bağlı peşəkar dəstək ala bilə və karyera yolunuzu müəyyənləşdirə bilərsiniz. Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan xidmət ödənişsiz olaraq fəaliyyət göstərir.

Dəstək xidməti ilə bağlı ətraflı məlumat və müraciət üçün: https://dma.gov.az/layiheler/alo-karyera