amerika-birlesmis-statlarinda-telebe-olmagin-ustunlukleri-adli-vebinar--

“Amerika Birləşmiş Ştatlarında tələbə olmağın üstünlükləri” adlı vebinar

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə Amerika Birləşmiş Ştatlarında tələbə olmağın üstünlükləri” adlı vebinar həyata keçiriləcəkdir.

Məlumat sessiyasında “2019-2023 Dövlət Proqramı” çərçivəsində Amerika Birləşmiş Ştatlarında doktorantura təhsili alan doktorantlar öz təəssüratlarını bölüşəcəklər:

  • Laləxanım Orucova – “University of South Florida”, doktorant
  • Çilənay Səfərli – “George Washington University”, doktorant

Eyni zamanda,  xaricdə doktorantura təhsilinə qəbul üçün tələb olunan sənədlər, seçim meyarları və digər məsələlər sessiyada müzakirə olunacaqdır.

Qeyd edək ki, prioritet ixtisas istiqamətləri üzrə dünyanın top 500 universitetində doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər proqrama müraciət edə bilər.

 

Görüşə dair məlumatlar:

Görüşün formatı: onlayn

Platforma: Microsoft Teams

Tarix: 28.01.2022

Görüşün saat: 17.00

 

Qeyd edək ki, məlumat sessiyasında iştirak qeydiyyatladır və qeydiyyat üçün son tarix  27.01.2022-ci il saat 17.00-dur.

Qeydiyyat üçün linkə keçid oluna bilər.