ana-dilimiz-layihesi-cercivesinde-maraqli-gorus-sizi-gozleyir--

"Ana dilimİZ" layihəsi çərçivəsində maraqlı görüş sizi gözləyir

Hər birimiz gündəlik nitqimizdə, yaxud yazı yazarkən bilərək və bilmədən müəyyən səhvlərə – orfoqrafik və orfoepik yanlışlıqlara yol veririk.

Bəs bu səhvlərin öhdəsindən necə gəlmək olar?

Ümumiyyətlə, bu səhvləri yaradan amillər hansılardır?

Əziz gənclər, qonağımız "Grammar Azi"nin təsisçisi və admini Murad Hüseynovla "Ana dilimİZ" layihəsi çərçivəsində maraqlı görüş sizi gözləyir.
Görüş zamanı biz:

  • sosial şəbəkələrdə dilimizin qaydalarının pozulması halları;
  •  orfoqrafiya və orfoepiya ilə bağlı ən çox edilən səhvlər;
  • dilimizin zənginliyi və saflığını qorumaq, səhvlərdən uzaq olmaq üçün nə etməli olduğumuzdan danışacağıq. Həmçinin mövzu ilə bağlı təkliflərinizi öyrənib sizi maraqlandıran sualları da cavablandıracağıq.

Məkan "Zoom"
Tarix 27 avqust
Vaxt 20:00

Qeydiyyat linki