ANAİB Kitabqurdu I Yay Oxu Marafonu iştirakçıları üçün kitablı piknik təşkil edir!
Əziz kitabqurdları,
Sizə möhtəşəm təklifimiz var!
Müəlliflərlə görüşüb kitabları imzalatmaq və müxtəlif oyunlar oynamaq istəyirsənizmi?
Elə isə "Buknik"ə qoşulub bu şansı qaçırmayın!
1. Əyləncəli oyunlar
2. Müəlliflərlə tanış olmaq və kitabları imzalatmaq
3. Yeni dostlar qazanmaq
İştirak şərtləri aşağıdakılardır:
1. Buknikdə yalnız Kitabqurdu I Yay Oxu Marafonuna qatılmış məktəblilər iştirak edə bilər.
2. Qoşulan hər bir şəxsin marafona daxil olan 7 kitabı mütləq olmalıdır. (Buknikə həmin kitablarla qatılmalıdır ki, müəlliflərə imzalada bilsin.)
Buknik Bakı şəhəri ərazisində yerləşən parkların birində 5 avqust tarixində saat 17.00-da baş tutacaq (konkret ünvan seçim turu yekunlaşandan sonra iştirakçılara bildiriləcək).
Qeyd edim ki, sadəcə ilk qeydiyyatdan keçən 100 nəfər görüşdə iştirak imkanı əldə edəcək.
Suallar üçün tel:077 255 22 77 Watsap nömrəsinə yazmağınız xahiş olunur.