Aqrar məsləhət xidmətləri üzrə seçilmiş təsərrüfat sahiblərinə təlimlər keçirilib
Aqrar məsləhət xidmətləri üzrə seçilmiş təsərrüfat sahiblərinə Multiaktor İnnovasiya Platforması (MAIP) üzrə təlimlərimiz baş tutub.
Bu platforma ilə aqrar məsləhət xidmətlərinin fermer ve istehsalçılara daha effektiv, səmərəli və əl çatan olması planlaşdırılır. Seçilmiş dəyər zəncirləri üzrə yaradılacaq innovativ platformada, təlimdə iştirak edən şəxslər mütəxəssis kimi hazırlanaraq platformanın fəaliyyətində mühim rol oynayacaqlar.
Təlimlər Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi layihəsi çərçivəsində həyata keçirilib.