aqrar-meslehet-xidmetlerinin-guclendirilmesi-layihesi-cercivesinde-elektron-kend-teserrufati-sisteminin-tekmillesdirilmesi-hedeflenir--

“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində elektron kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsi hədəflənir

“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində elektron kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsi hədəflənir.

e-Agro sisteminin maliyyə alətlərinə malik aqrar məsləhət xidməti ilə əlaqələndirilməsi nəzərdə tutulur. Bu məqsədlə layihə pilot bölgələri olan Gəncə və Qubada fermerlərin informasiya kommunikasiya texnologiyaları barədə məlumatlılığı və çıxışı barədə sorğu keçirib.

Sorğunu aparmaq üçün layihəyə hər regiondan təxminən 10-a yaxın regional əməkdaş cəlb edilib. Sorğular həm onlayn, həm də sahələrdə keçirilir. Sorğular ümumilikdə 400-dək fermeri əhatə edib. Layihə Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilir.