aqro-turizm-satis-ve-marketinq-strateqiyasi-qida-ve-icki-ve-qonaqperverlik-movzusunda-telimler-kecirilib--

Aqro turizm, Satış və Marketinq strateqiyası, qida və içki və qonaqpərvərlik mövzusunda təlimlər keçirilib

İcma üzvləri və layihə benefisiarlarına yerli ərzaq məhsullarının təbliği, kənd və ərzaq turizminin necə yaradılması həmçinin idarə edilməsinə dair təlimlər baş tutub.  

Təlimlər çərçivəsində Aqro turizm, Satış və Marketinq strateqiyası, qida və içki, və qonaqpərvərlik mövzusunda təlimlər keçirilib.  Təlimin ikinci günü ev turizminin əsasları, məhsulların təqdim edilməsi, turistlərin qəbul edilməsi və digər mövzularda əyani təlimlərin həyata keçirilməsi üçün Şəkinin Ovqat kəndində yerləşən "Bio Garden" adlı bağa sahə səfəri təşkil olunub. 
  
Təlimlər Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi layihəsi çərçivəsində həyata keçirilib.