“Aqro-turların yaradılması və inkişafı” mövzusunda təlimləri qaçırma
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində “Aqro-turların yaradılması və inkişafı” mövzusunda 3 günlük təlimlər keçiriləcəkdir.
Təlimlər “Şəfəq” Ekoturizm İctimai Birliyinin Regional Koordinatoru və peşəkar təlimçi Rafət Şirəliyev tərəfindən Luks Lənkəran hotelinin konfrans zalında 9-11 avqust tarixlərində xüsusi karantin rejiminin də qaydaları nəzərə alınaraq həyata keçiriləcəkdir.
Lənkəran İqtisadi zonasından olan, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və ən əsası aqro-turizmə marağı olan bütün sahibkarlar təlimlərdə iştirak edə bilərlər. Ətraflı məlumat və ya təlimdə iştirak etmək üçün aşağıdakı nömrə və ya e-mail vasitəsilə müraciət edə bilərsiniz:
Mobil: +994 51 698 55 22
e-mail: [email protected]