Aqroturizm sahəsində öz biznesini qurmaq istəyən və Zaqatalada yaşayan gənclərin nəzərinə!
Bu proqramda siz fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar kimi bir çox fəaliyyətlərdə iştirak edəcək, peşəkar mentor dəstəyi alacaq və aqroturizmlə fərdi sahibkarlığa başlayacaqsınız. Bəs bu proqramda kimlər iştirak edə bilər?
Əgər
Aktiv şəkildə iş axtarırsınızsa;
Biznes sahəsinə marağınız varsa;
Zaqatalanın füsunkar təbiətini tanıtmaq istəyirsinizsə,
O zaman TƏLƏSİN!
Proqramın əhatə etdiyi mövzular:
Turizm növləri və Aqroturizm
Regionun aqroturizm potensialı
Fotoqrafiya
Effektiv satış
Kənd evlərinin turizmə cəlb olunması
Şəhər və dağ bələdçiliyi
Tur paketlərin hazırlanması
Xidmətlərin ecorest.az üzərindən satışının təşkili
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
- 20-30 yaş arası gənclər;
- Biznes sahəsinə marağı olan və öz üzərində işləməyə meyilli.
İştirak etmək istəyənləri 10 aprel 2022-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik
Müraciət üçün link
“Aqroturizmlə məşğulluq proqramı”nda iştirak tamamilə ödənişsizdir!
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.