aqroturizm-ve-sosial-sahibkarliq---goycayfest-festivali-kecirilecek

“Aqroturizm və Sosial sahibkarlıq” - GöyçayFest festivalı keçiriləcək!

24 iyun 2023-cü il tarixində Göyçayda növbəti “Aqroturizm və Sosial sahibkarlıq” - GöyçayFest festivalı keçiriləcək.

Festival Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondununun dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi” layihəsi çərçivəsində baş tutacaq.

Ətraflı məlumat ilə dma.gov.az saytından tanış ola bilərsiniz.