ardnf-yay-tecrube-proqramini-elan-edir--

ARDNF Yay Təcrübə Proqramını elan edir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) önəmli təhsil, enerji, nəqliyyat və investisiya layihələrinin maliyyələşdirilməsində fəal iştirak etməklə, ölkədə neft və qaz kapitalının insan kapitalına çevrilməsi siyasətinə öz töhfəsini verməkdədir.

Xüsusən gənc kadrların potensialını yüksək dəyərləndirən ARDNF xüsusi istedadlı şəxslərin burada çalışması üçün çox əlverişli iş mühiti yaratmışdır.

Bu mənada, öncəlikli hədəfimiz, istedadları cəlb etmək, inkişaf etdirmək və əməkdaşlarımızın qarşılıqlı inam şəraitində birlikdə çalışacağı korporativ mədəniyyət qurmaqdır.

Bu məqsədlə, Fond təhsil müəssisələri tərəfindən təşkil olunan karyera sərgiləri və digər platformalarda fəal iştirak etməklə yanaşı, məzunlar üçün təcrübə proqramlarını həyata keçirir.

Təcrübə proqramlarının təşkili ilə bağlı uğurlu təcrübəmizi nəzərə alaraq, Fondda Yay Təcrübə Proqramının təşkili nəzərdə tutulmuşdur.

Daha ətraflı