ARTİ-nin Təhsil Resursları Mərkəzi müəllif müsabiqəsi elan edir
ARTİ-nin Təhsil Resursları Mərkəzi riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması məqsədilə müəllif müsabiqəsi elan edir.
Tələblər:
-Riyaziyyat fənni üzrə dərin biliklər;
-Araşdırmaçılıq, tadqiqatçılıq keyfiyyətləri;
-Yüksək özünütəhsil vərdişləri;
-Xarici dil bilikləri - rus və ingilis dillərində ən azı, oxuyub-anlama səviyyəsi;
-Kompüter və İKT-dən istifadə bacarıqları;
-Təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı,
-Pedaqoji təcrübə;
-Fənn kurikulumu ilə tanışlıq:
-Riyaziyyat fənni və tədrisi üzrə elmi dərəcə arzuolunandır;
-Tədris resurslarının hazırlanması üzrə təcrübə arzuolunandır.
Müsabiqədən keçən müəllifliyə namizədlər xarici mütəxəssislər tərəfindən keçiriləcək təlimlərə cəlb olunacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına "Müəllif" başlığı altında göndərmələri xahiş olunur.