Artlife Sahil praktiki təcrübə programı elan edir !
Proqram iki istiqaməti əhatə edir:
- Koordinator assistenti
- Rəssam assistenti
Seçdiyiniz istiqamətə uyğun olaraq tərəfimizdən tərtib olunan proqram müddəti ərzində bizimlə birgə real iş mühitində, yaradıcı atmosferdə bilik və bacarıqlarınızı inkişaf etdirə biləcəksiniz.
Axtardığımız şəxslər:
- Öyrənməyə və inkişafa böyük həvəsi olan
- Araşdırma qabiliyyətli
- Komandada işləmə bacarığı olan
- Yaradıcı və analitik düşüncə bacarığına sahib
- Təşəbbüskar və daim yeni təkliflər irəli sürən
- Ünsiyyətcil, çalışqan və məsuliyyətli olmalıdır.
Qazanacaqlarınız:
- Komanda ilə işləmə imkanı
- Kommunikasiya bacarıqları
- Sosial media ilə iş
- Yeni insanlarla tanış olaraq öz dost çevrənizi genişləndirmək imkanı
- İşlə təmin olunma imkanı
- Şəxsi bacarıqlarınızın tətbiqi və inkişaf etdirə biləcəyiniz mühit
Təcrübə müddəti : 3 ay
Kimlər qoşula bilər?
Tələbələr
Gələcək karyerasını bu istiqamətlərdə qurmağa çalışan şəxslər
Komandamızın dəyərli bir üzvü olmaq istəyən şəxslər müraciət üçün [email protected] elektron poçt ünvanına başlıqda "Koordinator assistenti" və ya "Rəssam assistenti" qeyd edərək CV göndərə bilərlər.
Son müraciət tarixi: 20 AVQUST 2022