ASAN Könüllülərinin Şəxsi İnkişaf Proqramı
Əziz gənclər,
Çox saylı istəklərinizi nəzərə alaraq "ASAN Könüllülərinin Şəxsi İnkişaf Proqramı"nı həyata keçirmək qərarına gəldik.
Layihə çərçivəsində ASAN Könüllülərinin şəxsi inkişafına dəstək olmaq, onların kadr kimi formalaşmalarına, eləcə də bilik və bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə könüllülərin öz istəklərinə uyğun olaraq 5 istiqamət üzrə peşəkarlar tərəfindən praktiki və nəzəri təlimlər həyata keçiriləcəkdir.
Forumdan qeydiyyatdan keçərək hansı istiqamətlər üzrə təlimlərin həyata keçiriləcəyini seçə bilərsiniz.
Son müraciət tarixi: 20.10.2023