avropa-bilik-yarisinda-istirak-edib-deyerli-hediyyeler-qazanmaq-sansi-artiq-yeniden-mumkundur--

Avropa Bilik Yarışında iştirak edib dəyərli hədiyyələr qazanmaq şansı artıq yenidən mümkündür!

Avropa İttifaqı haqqında biliklərinizi sınayın!

Ən parlaq gənclərlə yarışaraq Avropa İttifaqı haqqında bilmədiklərinizi öyrənin!

İyulun 19-u Bakıda yerləşən otellərdən birində Gənc Avropa Səfirləri Avropa İttifaqı mövzusunda intellektual oyun təşkil edəcək. İştirakçılar Avropa İttifaqının tarixi, institutları, dəyərləri və digər əyləncəli faktları haqqında sualları cavablandıracaq.

Lanç və kofe fasilələri təşkilatçılar tərəfindən təmin olunacaq.

Qalib komandalar Avropa İttifaqının Azərbaycandakı səfiri tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Qeydiyyatdan keçmiş komandaların müraciəti dəyərləndiriləcək, uğurlu olanlarla intervü baş tutacaq. İntervü əsasında 15 komandanın yarışda iştirakı təsdiqlənəcək. QEYD: İştirakı təsdiqlənməyən komandalar tədbirə buraxılmayacaq.

Son qeydiyyat tarixi: 12.07.2022 00:00