avropa-film-festivali-serialari-basladi--

Avropa Film Festivalı seriaları başladı!

Avropa Film Festivalı 17 iyun sizi məşhur macar rejissoru Gábor Reiszlə onlayn görüşə dəvət edir!

Rejissor Karlovı Varı Beynəlxalq Film Festivalında premyerası edilən ilk uzunmetrajlı filmi – “For Some Inexplicable Reason” ilə Macarıstanda kulta çevirilərək həm dünya miqyasında, həm də öz ölkəsində böyük uğur əldə etdi. 2015-ci ildə isə “Bad Poems” ilə Kann Festivalının Rezidensiya proqramına dəvət edildi. Film 2019-cu ildə Macarıstan film həftəsindən “ən yaxşı film” və “ən yaxşı rejissor” mükafatları ilə ayırıldı.
Yeri gəlmişkən, “Bad Poems” filmi festival günlərində Azərbaycan, rus və ingilis dillərində altyazı ilə nümayiş olunacaq.

Zoom görüşdə [email protected] ünvanına özünüz haqda qısa məlumat göndərərək iştirak edə bilərsiniz.