avropa-ittifaqi-bmtip-ve-pese-tehsili-uzre-dovlet-agentliyi-pese-tehsilinin-gencler-arasinda-tesviqi-meqsedile-kampaniyaya-start-verib--

Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsilinin gənclər arasında təşviqi məqsədilə kampaniyaya start verib

Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsilinin gənclər arasında təşviqi məqsədilə kampaniyaya start verib.

Kampaniya çərçivəsində Bakıda yerləşən avtobus dayanacaqlarında, eləcə də digər məkanlarda hazırda uğurlu karyera sahibi olan peşə təhsil müəssisələri məzunlarının müvafiq posterləri yerləşdirilib.

Kampaniya çərçivəsində peşə təhsili istiqamətində təhsil almaq və uğurlu karyeraya sahib olmağın yolları barəsində davamlı məlumat veriləcək və təşəbbüs oktyabr ayına qədər davam edəcək.

Kampaniya Aİ-nin tam maliyyəşdirdiyi "Gələcək üçün peşə təhsili və təlimi" layihəsi çərçivəsində həyata keçirilir.