avropa-ittifaqinin-azerbaycandaki-numayendeliyi-ai-layiheleri-numayendeleri-ucun-sefer-teskil-edib--

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ layihələri nümayəndələri üçün səfər təşkil edib

8-9 iyun tarixlərində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında icra olunan Aİ layihələri ilə tanışlıq məqsədilə media nümayəndələri üçün iki günlük səfər təşkil edib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas da səfərdə iştirak edib.

Media nümayəndələri, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi”, “Müəllimlərin inklüziv təhsil sahəsində
bacarıqlarının artırılması”, “COVID – 19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi”, “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi (ADSMİRRA)”, “Məsləhət xidmətləri vasitəsilə aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və
yeni dəyər zəncirlərinin yaradılması, aqro-turizmin inkişafı” layihələrində görülən işlərlə və onların bəzi benefisiarları ilə yaxından tanış olublar.

Əlavə olaraq, Şamaxıdakı 9 N-li orta məktəbdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycan dilinə tərcümə olunmuş "Avropa Nağılları" kitabının təqdimatı keçirilib. Burada Aİ-na üzv olan 27 dövlətin nağılları, əfsanə və mifləri toplanıb. Kitabın məqsədi Avropanın müxtəlifliyi, eyni zamanda ortaq dəyərlərə bağlılığı və ümumi Avropa irsi barədə məlumatlandırmanı artırmaqdır.