awis-in-ilk-seminarinin-ilk-qonagi-dost-inkluziv-inkisaf-ve-yaradiciliq-merkezinde-sosial-pedaqoji-ve-psixoloji-destek-sobesinin-emekdasi-sosial-isci-selcan-ibadzade-olacaqdir--

AWiS-in ilk seminarının ilk qonağı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində "Sosial pedaqoji və psixoloji dəstək" şöbəsinin əməkdaşı, sosial işçi Selcan İbadzadə olacaqdır

AWiS-in ilk seminarının ilk qonağı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində "Sosial pedaqoji və psixoloji dəstək" şöbəsinin əməkdaşı, sosial işçi Selcan İbadzadə olacaqdır.

 Seminar Bakı Biznes Universitetində saat 13:00-da baş tutacaq

 Təqdimat "Uşaq və yeniyetmələrlə aparılan sosial işin əsasları" mövzusunda baş tutacaqdır. Belə ki, seminarda sosial iş tələbələrinə uşaq və yeniyetmələrlə aparılan sosial işin beynəlxalq və yerli modelindən, etik prinsiplər və kodeksdən, baxımsız, kimsəsiz və sosial təhlükəli uşaqlarla bağlı Azərbaycanda görülən tədbirlərdən bəhs olunacaqdır.

 Selcan İbadzadə 2017-ci ildə Bakı Dövlət Universitetinin Sosial iş ixtisasına qəbul olub və 2021-ci ildə “Azərbaycanda və beynəlxalq təcrübədə yuvenal ədliyyə sisteminin təşkili” adlı diplom işimi müdafiə edib, universitetdən yüksək qiymətlərlə məzun olmuşdur. Hələ tələbəlik dövrlərimdən etibarən Prezident Yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Milli Məclisi, Uşaq Hüquqları üzrə QHT Alyansı və bu kimi bir sıra qurumlarda təcrübəçi kimi fəaliyyət göstərən Selcan xanım 2020-2021-ci illərdə Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentində tədqiqat köməkçisi kimi fəaliyyət göstərmiş və 2021-ci ildə Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının ortaq təşəbbüsü nəticəsində 2021-2023-cü illər üzrə Dayanıqlı İnkişaf Məqsədi üzrə Gənc Səfir kimi fəaliyyət seçilmişdir. Bir sıra yerli və beynəlxalq layihələrin iştirakçısı olan Selcan xanım 2022-ci ilin fevral ayından etibarən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Sosial Pedaqoji və Psixoloji Dəstək şöbəsində sosial işçi olaraq fəaliyyət göstərir.