azal-hava-gemilerine-teyyare-beledcileri-axtarir--

AZAL hava gəmilərinə Təyyarə Bələdçiləri axtarır

Vəzifə Öhdəlikləri:

Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;

Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;

Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;

Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;

Hava Gəmisində sərnişinləri ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;

Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək.

Tələblər:

  • Vətəndaşlıq: AR vətəndaşı olmaqı
  • Yaş: 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda)
  • Yaş: maksimum 45 (uyğun təcrübə olduğu halda)
  • Boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün)
  • Təhsil: minimum tam orta təhsil
  • Dil bilikləri: Azərbaycan - səlis, İngilis orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti)
  • İngilis dili biliyi təsdiq edən beynəlxalq sertifikat mövcudluğu (IELTS, TOEFL və s.) üstünlük sayılır
  • Digər beynəlxalq dil bilikləri (Rus, Alman, Fransız və s.) üstünlük sayılır
  • Müştəri yönümlü xidmət mədəniyyətin
  • Ünsiyyət bacarıqları
  • Komandada çalışmaq bacarığı

Əlavə Qeydlər:

- Təyyarə Bələdçisi vəzifəsi xüsusi xidməti geyimdən istifadə etmə tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçiləri təşkilatın təsdiq etdiyi geyim formasından istifadə qaydalarına uyğun davranmalıdır;

- Təyyarə Bələdçisi vəzifəsi müxtəlif insanlar ilə ünsiyyəti tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçilərinin vücudunun görünən yerlərində xüsusi nişan, döymə, piercing və s. bənzər nişanların olması qəbul edilməzdir.

Seçim Mərhələləri:

  • CV-lərin tələblərə uyğunluğunun yoxlanılması
  • Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.)
  • İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə
  • Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
  • Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
  • İşə Qəbul və Təlimlər

31/10/23