azal-milli-aviasiya-akademiyasinin-telebelerine-ozel-olaraq-tecrube-proqramini-elan-edir--

AZAL Milli Aviasiya Akademiyasının tələbələrinə özəl olaraq Təcrübə Proqramını elan edir!

Peşəkar işçi heyəti və müasir imkanlar ilə təmin olunmuş proqramda müxtəlif ixtisaslar üzrə praktik biliklər əldə edərək, uğurlu karyera yolunda irəliləmək imkanı əldə edəcəksiniz.

Gələcəyin aviasiya mütəxəssisləri sırasında olmaq üçün bu unikal Təcrübə Proqramına qoşulun. Xəyallarınızdakı Aviasiya karyerasına başlamaq üçün elə indidən addım atın!

Təcrübə Proqramı  tələbələrə praktiki təcrübə imkanları təqdim edərək onların teorik biliklərini təsdiq etmələrinə kömək edir.

Bu Təcrübə Proqramının məqsədi “Azərbaycan Hava Yolları” QSC və Milli Aviasiya Akademiyası arasında olan əməkdaşlığın möhkəmləndirilməsində və tələbələrin gələcək peşəkar karyera yolunda dəstək olmaqdır.  

İstiqamətlərimiz:

Tələbələr onlayn müraciət edərək aşağıdakı idarələr üzrə təcrübə keçmə imkanı əldə edəcəklər:

  • Uçuşların İstehsalı İdarəsi;
  • Hava Gəmilərinin Uçuş Yararlığının Saxlanılması İdarəsi;
  • Təyyarə Bələdçiləri Xidməti;
  • «Azəraeronaviqasiya» Hava Hərəkəti İdarəsi;
  • Heyətin Hazırlığı İdarəsi;
  • Keyfiyyət İdarəsi;
  • İnsan Resursları İdarəsi;
  • Hüquq İdarəsi;
  • İnformasiya Texnologiyaları İdarəsi.

 Aşağıdakı ixtisas üzrə təhsil alan tələbələr müraciət edə bilər:

  • Uçuş Mühəndisliyi;
  • Aviasiya texnikası avadanlıqlarının istismarı Mühəndisliyi;
  • Cihaz mühəndisliyi;
  • Hava nəqliyyatının hərəkətinin idarə olunması Mühəndisliyi; 
  • Menecment;
  • Hüquqşünaslıq;
  • İnformasiya Texnologiyaları;
  • Kompüter Mühəndisliyi;
  • Sistem Mühəndisliyi;
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
  • Radiotexnika və telekommunikasiya mühəndisliyi; 
  • Elektrik və elektronika mühəndisliyi;
  • İqtisadiyyat.

     *    İngilis dilində təhsil alan bütün ixtisas qrupları üzrə tələbələr.

Müraciət üçün meyarlar və lazım olan sənədlər:

Meyarlar:

  • Bakalavr 3,4,5-ci kurs tələbələri və Magistr 1-2-ci kurs tələbələri (göstərilən ixtisaslar üzrə);
  • Ümumi orta müvəfəqiyyət göstəricisi 80+ olan tələbələr;
  • Dil bilikləri: Azərbaycan dili-əla, İngilis dili-yaxşı, Rus dili-arzu olunandır.

Sənədlər:

  • Tələbə Bileti;
  • Transkript; (Dekanatlıqdan əldə edilməlidir);
  • Motivasiya Məktubu  (1 səhifəlik MS Word formatda sərbəst məktub: 

        Mövzu- «AZAL»-da nə üçün Təcrübə Proqramını keçmək        istəyirəm?

Seçim mərhələləri:

  • CV dəyərləndirmə;
  • Test (Məntiq, İngilis dili);
  • Müsahibə.

Təcrübə Proqramının üstünlükləri:

  • Format: Ödənişli- Təcrübə müddəti ərzində minimal əmək haqqının verilməsi nəzərdə tutulub;
  • Təcrübəçi olmaq: «AZAL»ın heyətini, strukturunu tanımaq və onun bir hissəsi olmaq;
  • Təcrübə: Aviasiya sahəsində çalışan peşəkar heyət ilə çalışmaq imkanı;
  • İnkişaf: Peşəkar bacarıqların real iş mühitində inkişafı;
  • Sertifikat: Proqramda iştirakınızı təsdiq edən rəsmi sənəd;
  • Karyera imkanları: Xüsusi istedadların arasına əlavə olunmaq və növbəti uyğun vakansiyalara dəyərləndirilmək imkanı.

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Şənbə və Bazar qeyri-iş günüdür;
  • Bayram və Matəm günləri qeyri-iş günüdür;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Müraciət etmək və ətraflı məlumat almaq üçün link

Son müraciət tarixi: 2023-05-25