azer-turk-bank-gencler-ucun-yeni-tecrube-proqramina-baslayir--

Azər Türk Bank gənclər üçün yeni təcrübə proqramına başlayır

Dövlət bankı Azər Türk Bank cari ilin sentyabr ayından etibarən ali məktəblərin bakalavr pilləsinin məzunları və magistr tələbələr üçün “Rəqəmsal imkanlar” adlı təcrübə proqramına start verəcəkdir.

Gənc mütəxəssislərə karyera imkanlarının yaradılması məqsədi ilə təşkil olunmuş bu layihədə universiteti yeni bitirmiş və bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslar üzrə təhsil almış şəxslərə üstünlük veriləcəkdir.

Baş ofis və rəqəmsal filiallarda reallaşdırılacaq proqramın müddəti 3 aydır. Bu müddət ərzində iştirakçılar bankın real iş mühiti ilə tanış olacaq, praktiki biliklərə yiyələnmək imkanı əldə edəcəklər. Proqramı uğurla yekunlaşdıran təcrübəçilərin yaranacaq vakansiyalar üzrə namizədliyinə Bank tərəfindən baxılması nəzərdə tutulub.

 Proqramda iştirak etmək istəyən şəxslər 15 sentyabr tarixinədək bu keçid vasitəsilə Banka müraciət edə bilərlər.