azerbaijan-design-summit-yeniliklerle-qarsinizdadir-artiq-tedbirin-terkibinde-beynelxalq-poster-yarismasina-start-verildi--

Azerbaijan Design Summit yeniliklərlə qarşınızdadır. Artıq tədbirin tərkibində beynəlxalq poster yarışmasına start verildi.

Azerbaijan Design Summit yeniliklərlə qarşınızdadır. Artıq tədbirin tərkibində beynəlxalq poster yarışmasına start verildi.

Beynəlxalq poster yarışının mövzusu:
- Tipoqrafika və sülh
- Tipoqrafika şrift stili, görkəmi, strukturu ilə fərqlənərək oxuyucuya xüsusi emosiya və mesajlar ötürür. Qısaca desək tipoqrafika mətnə həyat verən sənətdir.
- Sülh şəraitində cəmiyyət daha yaradıcı olur, elm və incəsənətin inkişafına şərait yaranır.
- İştirakçılara “Tipoqrafika və sülh” mövzusunu fərqli, original və kreativ işlənməsi üçün çağırış edirik.
- Yarışmada yerli və xarici münsiflər tərəfindən səs verməyə olacaq.
- Səsvermə online aparılacaq. Münsiflər səsvermə zamanı iştirakçıların hazırladığı işlərin yalnız şəklini və açıqlamasını görə biləcəklər.
- Səsvermə 5 ballıq səs vermə üzərindən aparılır.
- Tədbir günü seçilmiş 50 poster dizaynı tədbirdə iştirak edən insanlar üçün sərgilənəcək.

Sonda 3 qalib təyin olunacaq. Qaliblərə hədiyyələr və sertifikatlar veriləcək.

Uğurlar!