Azərbaycan Diplomatiya Mərkəzi Layihə koordinatoru vakansiyası üçün müraciətləri qəbul edir
Azərbaycan Diplomatiya Mərkəzi Layihə koordinatoru vakansiyası üçün müraciətləri qəbul edir.
İşin təsviri:
2 il a
- Layihə və təlimlər üçün nəzərdə tutulmuşsistem üzərindən çalışmaq;
- Vətəndaşlara layihə və təlimlər barədə məlumatın verilməsi, vətəndaşların yarana biləcək suallarının cavablandırılması;
- Təqdim edilən sənədlərə baxışkeçirilməsi, tamlığı və düzgünlüyünün yoxlanılması;
- Tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
- Rəhbərliyə görülən işlər barədə günlük və həftəlik hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Yaş həddi: 22-30;
Oxşar sahədə iştəcrübəsi olan şəxslərə üstünlük veriləcək;
Dil bilikləri:
Azərbaycan dilində səlis və yüksək nitq qabiliyyəti;
Kompüter bilikləri;
Kollektivdə işləmək bacarığı
Məsuliyyətli və punktual.
İş şəraiti:
İş rejimi 6 günlükdür;
İstirahət vaxtları bazar günləri və bayram günləri sayılır;
Ə/h: Ilk 3 ay üçün xidmət haqqı ümumilikdə 800-1200 AZN təşkil edir, sonrakı aylarda əmək haqqı əməkdaşın bilik və bacarıqlarına əsasən, habelə ilk aylardakı fəaliyyəti qiymətləndirilməklə təyin ediləcək və aylıq olaraq ödəniləcəkdir.
Vakansiyanın tələblərinə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə "Layihə Koordinatoru" qeyd edərək göndərmələri tələb olunur.
Müraciətlərin qəbulu üçün son tarix: 20 Sentyabr 2023. Yalnız ilkin mərhələdə seçilmişnamizədlərlə əlaqə saxlanılacaqdır.