azerbaycan-genc-muellimler-assosiasiyasi-genc-muellimlerin-3-cu-forumunu-heyata-kecirecek--

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası “Gənc müəllimlərin 3-cü forumu”nu həyata keçirəcək!

17 iyun 2023-cü il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tədris ilinin sonlarına həsr olunmuş, gənc müəllimlər arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin artırılması üçün “Gənc müəllimlərin 3-cü forumu” nu təşkil edəcək. Forum 2 hissədən ibarət olacaqdır. I hissəni rəsmi və bədii hissə təşkil edir. Bu hissədə dövlət rəsmiləri, qonaqlar və gənc müəllimlər iştirak edəcəklər. II hissədə isə müəllimlər 20-25 nəfərlik qruplara bölünərək 1.5 saatlıq vörkşoplara cəlb olunacaqlar. Hər qrupa bir qonaq spiker mentorluq edəcəkdir. Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda müəllim olaraq fəaliyyət göstərən 300 müəllimin iştirakı nəzərdə tutulmuşdur.

Forumda iştirak edə bilər:

35 yaşdan aşağı olan gənc müəllimlər;

AGMA platformasında ən azı bir neçə kursu uğurla bitirən gənc müəllimlər;

AGMA -nın təsdiqlənmiş gənc üzvləri. İştirakı təsdiq olunmuş müəllimlərə 12 iyun 2023-cü il tarixində e-mail vasitəsilə məlumat göndəriləcəkdir.

Qeydiyyat linki

Son qeydiyyat tarixi: 8 iyun 2023-cü il.