azerbaycan-genclerinin-nailiyyeti-ictimai-birliyinin-teskilatciligi-ile-genclerin-ise-hazirliq-proqrami-layihesine-qeydiyyat-baslamisdir--

"Azərbaycan Gənclərinin nailiyyəti" İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin İşə Hazırlıq Proqramı" layihəsinə qeydiyyat başlamışdır

Əziz gənclər!

Siz də lazımi bilik və bacarıqlara yiyələnib öz sahənizin peşəkarı olmaq istəyirsinizsə, o zaman bu layihə tam sizin üçündür!

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın tərəfdaşlığı və "Azərbaycan Gənclərinin nailiyyəti" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Gənclərin İşə Hazırlıq Proqramı" layihəsinə qeydiyyat başlamışdır.

Layihəyə III-IV kurs bakalavr və magistr tələbələri müraciət edə bilərlər.

Bu layihədə siz,
- Karyera planlaşdırılması;
- Əsas həyat bacarıqları;
- Peşəkar iş fəaliyyətinə hazırlıq;
- İş dünyası ilə tanışlıq
mövzularında təlimlər keçəcək və uğurlu iş adamları ilə görüşlərdə iştirak edəcəksiz.

Qeyd: Təlim proqramı 5 sessiyadan ibarətdir. Təlimlərin təşkili həftədə 1 dəfə həftəsonları nəzərdə tutulmuşdur.
Hər bir təlimdə iştirak mütləqdir!

Təlimlər Bakı şəhərində offline qaydada keçiriləcək

Son qeydiyyat tarixi: 28 fevral 2023

Daha ətraflı məlumat almaq üçün aşağıda yazılan nömrə ilə əlaqə saxlaya bilərsiniz.

(+994 77) 535 20 10