“Azərbaycan kinosu həftəsi”ndə kinoteatrlara giriş ödənişsiz olacaq!
"CinemaPlus" premium kinoteatrlar şəbəkəsində "Klassik Azarbaycan filmlərinin retrospektiv baxış təşkil olunacaq.
"Report" xəbər verir ki, baxış Azərbaycan kinosunun 125, "Azarbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə təşkil olunub.
Avqustun 3-dan 10-dək davam edəcək baxış Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyası ilə birgə həyata keçiriləcək.
Filmlərə baxış üçün giriş sərbəstdir.
Həmin müddətdə aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub:
"Arşın mal alan"
1945- ci il. Bakı kinostudiyası.
"Bəxtiyar"
1955-ci il. Bakı kinostudiyası.
"O olmasın, bu olsun"
1956-cı il. Bakı kinostudiyası.
"Ögey ana"
1958-ci il. Bakı kinostudiyası.
"Uzaq sahillərdə"
1958-ci il. Bakı kinostudiyası.
"Əhməd haradadır?"
1963-cü il. "Azərbaycanfilm" k/st.
"Sehrli xalat"
1964-cü il. "Azərbaycanfilm" k/st.
"Bir conub şəhərində"
1969-cu il. "Azərbaycanfilm" k/st.
"Bizim Cəbiş müəllim"
1969-cu il. "Azərbaycanfilm" k/st.
"Şərikli çörək"
1969-cu il. "Azərbaycanfilm" k/st.
"Axırıncı aşırım"
1971-ci il. "Azərbaycanfilm" k/st.
"Gün keçdi"
1971-ci il. "Azərbaycanfilm" k/st.
"Nəsimi"
1973-cü il. "Azərbaycanfilm" k/st.
"Əzablı yollar"
1982-ci il. "Azərbaycanfilm" k/st.
"Evlənmək istəyirəm"
1983-cü il. "Azərbaycanfilm" k/st.
"Bəyin oğurlanması"
1985-ci il. "Azərbaycanfilm" k/st.
"Cin mikrorayonda"
1985-ci il. "Azərbaycanfilm" k/st.
"Atları yəhərləyin"
1985-ci il. "Azərbaycanfilm" k/st.
"Süd dişinin ağrısı"
1987-ci il. "Azərbaycanfilm" k/st.
"Yaramaz"
1988-ci il. "Azərbaycanfilm" k/st.
"Ölsəm... bağışla”
1989-cu il. "Azərbaycanfilm" k/st.
Mənbə: Edumap.az