azerbaycan-konullulerinin-inkisaf-programina-start-verildi--

Azərbaycan Könüllülərinin İnkişaf programına start verildi!

Əgər sən də fərdi və peşəkar inkişafın üçün yaradılan imkanlardan istifadə etmək, öz ixtisasından əlavə, müxtəlif istiqamətlərdə yeni biliklərə və bacarıqlara yiyələnmək, peşəkar iş mühitində təcrübə toplamaq, eləcə də gələcək karyera inkişafın üçün vacib addımlar atmaq istəyirsənsə, bu proqram məhz sənin üçündür!

3 ay müddətində davam edən programda iştirak etməklə sən peşəkar təlimçilərin təqdimatında "Psixoloji hazırlıq", "Fərdi İnkişaf", "Karyera planlaması", "Layihələrin idarə olunması", "Emosional zəka" və bu kimi bir sıra mövzuları əhatə edəcək nəzəri və praktiki modullardan faydalanmaq, eləcə də ittifaqın həyata keçirdiyi layihələrin idarə olunmasında birbaşa iştirak etmək imkanı əldə edəcəksən

Programı uğurla başa vurduqdan sonra isə səni xüsusi sertifikat və hədiyyələr, eləcə də karyera inkişafın üçün əla imkanlar gözləyir.

Əgər motivasiyana və bacarıqlarına güvənirsənsə, yaşın 21-dən 26-ya qədərdirsə, Azərbaycan vətəndaşısansa və ən azı bir illik könüllülük təcrübən varsa, Azərbaycan Könüllülərinin İnkişaf Programına müraciət et və inkişafın üçün yaradılan imkanlardan sən də faydalan!

Qeydiyyat