azerbaycan-memarliq-ve-insaat-universitetinde-karyera-sergisi-kecirilecek--

Azərbaycan Memarlıq və İnşaat Universitetində "Karyera Sərgisi" keçiriləcək!

4 aprel 2023-cü il tarixində, saat 10:00-da, Azərbaycan Memarlıq və İnşaat Universitetində "Karyera Sərgisi" keçiriləcək. Sərgidə "Unico" QSC-nin İnsan Resursları heyəti də iştirak edəcək. Tələbələri və məzunları sərgidə aktiv iştirak etməyə dəvət edirik.

Hal-hazırda aşağıdakı istiqamətlər üzrə təcrübə proqramlarımız mövcuddur:

- Sahə mühəndisliyi

- İnsan Resursları

- Smeta və xərclərə nəzarət

- Satınalma

- Maliyyə

Müraciət etmək istəyən şəxslər mövzu yerinə müvafiq təcrübə proqramının adını qeyd edərək CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər. Qeyd edək ki, bu təcrübə proqramları sonuncu kurs tələbələri və 2021-2022-ci il məzunları üçün nəzərdə tutulub.