azerbaycan-muhendisler-birliyinin-elm-komandasi-ucun-konullu-qebulu-elan-edir--

Azərbaycan Mühəndislər Birliyinin Elm Komandası üçün könüllü qəbulu elan edir!

Azərbaycan Mühəndislər Birliyinin Elm Komandası üçün könüllü qəbulu elan edir!

Tələblər aşağıdakılardır: 

  • Mühəndislik sahəsi üzrə Ali təhsil
  • Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazı qabiliyyəti (İngilis dili səviyyəsinin ən azı intermediate olması tələb edilir)
  • Yazılı mətn, məqalə və s. hazırlamaq üzrə təcrübə
  • Araşdırma, tədqiqatçılıq təhliletmə və ümumiləşdirilmə bacarığı
  • Böyük həcmli yazılı və şifahi məlumatlarla işləmək bacarığı
  • Mühəndislik sahəsi üzrə müvafiq texniki bilik və bacarıqlar 
  • Komandada işləmək bacarığı

Öhdəliklər aşağıdakılardır: 

  1. Maraqlandığınız və ya öz təhsil aldığınız sahə üzrə məqalələr yazmaq ( Mühəndislik və texniki sahələr üzrə)
  2. Sizdən tələb olunan mövzu üzərində araşdırmalar edib məqalə yazmaq (Mühəndislik və texniki sahələr üzrə)
  3. Çap üçün göndərilən məqalələri yazılı dil qaydalarına əsasən işləmək və redaktə etmək 

Hazırlanan məqalələr Azərbaycan Mühəndislər Birliyinin "The Voice of Azerbaijan Engineers" aylıq jurnalında və ya "Mühəndis Zəkası" adlı kitabında dərc olunacaq. 

Bizim komandaya qəbul olub və bizimlə əməkdaşlıq göstərən hər qrup üzvü bizdən sertifikat və referans məktubu əldə etmək şansı qazanacaq.

Uyğun namizədlər CV-ni journal@azmiib.az elektron ünvanına mövzu bölməsində vəzifənin adı ( Elm komandasına könüllü) göstərilməklə göndərməyiniz xahiş olunur. 

Son müraciət tarixi:     15.11.2021