Azərbaycan Respublikasının Mərkəzi Bankında “Maliyyəçisən” Təcrübə Proqramı
Azərbaycanın yüksək potensiallı gənclərini Mərkəzi Bankçılıq ilə yaxından tanış etmək, işa hazırlıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı "Maliyyəçisən" təcrübə poqramını həyata keçirir. Təcrübə proqramı çərçivəsində gənclər seçilən istiqamət üzrə peşəkarlardan öyrənməklə yanaşı səriştə və bacarıqlarının artırılması üçün müxtəlif bankdaxili təlimlərə cəlb olunur.
Proqramın müddət: 2 ay (iyul və Avqust ayları)
İştirak: Həftənin 5 günü
Ödəniş: Gündəlik yol va yemək xərclərini ödəyə biləcək məbləğdə təqaüd
Təcrübə proqramı hansı istiqamətləri əhatə edir?
"Maliyyəçisən" təcrübə proqramının 2023-cü il buraxılışı aşağıda qeyd olunan departamentləri əhatə edəcək:
-Pul siyasəti
-Statistika
-Valyuta ehtiyatlarının idarə edilməsi
-Maliyyə bazarlarında əməliyyatlar
-Maliyyə sabitliyi
-Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət
-Sigorta fəaliyyətinə dair siyasət və nəzarət
-Nağd Pul
-Strateji va layihə idarəedilməsi
-Beynelxalq əməkdaşlıq və kommunikasiya
-İnformasiya texnologiyaları
-Hüquq
-İnsan Resursları
Kimlər müraciət edə bilər?
Təcrübə proqramına bakalavr və magistraturada təhsil alan tələbələr və məzunlar (2022-ci il və 2023-cü il) müraciət edə bilər.
Seçim mərhələləri hansılardır?
-Müraciətlərin qəbulu və ilkin skrining
-Test və qrup müsahibəsi
-Panel müsahibəsi
Qeyd: Tələbənin (va ya məzunun müraciəti bir neçə istiqamət üzrə uyğun olarsa müsahibələrin sayı dəyişə bilər
Müraciət üçün son tarix hansıdır?
Təcrübə proqramına müraciət üçün son tarix 25 Aprel 2023-cü ildir.
Necə müraciət etmək olar?
Müraciətlərin qəbulu yalnız aşağıda qeyd olunan keçid vasitəsilə mümkündür.
Əlavə suallarınız yaranarsa [email protected] ünvanına göndərə bilərsiniz.