azerbaycan-slovakiya-biznes-forumu-kecirilib--

Azərbaycan-Slovakiya biznes forumu keçirilib

Oktyabrın 19-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes forumu keçirilib. 

Hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə təşkil olunmuş biznes forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, KOBİA da yerli və xarici iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstək göstərir. Belə ki, Agentlik Slovakiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə bilər. Eyni zamanda Agentliyin sahibkarlığın dəstəklənməsi sahəsində Slovakiyanın müvafiq qurumları ilə əməkdaşlıqda və birgə təşəbbüslərin həyata keçirlməsində maraqlı olduğu diqqətə çatdırılıb.