azerbaycan-ve-tataristanin-isguzar-daireleri-arasinda-emekdasliq-perspektivleri-muzakire-edilib--

Azərbaycan və Tatarıstanın işgüzar dairələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı Ekspo Mərkəzində keçirilən "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov arasında görüş keçirilib. 

Görüşdə ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq imkanlarına, eləcə də Tatarıstanın aidiyyəti qurumları ilə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.