azerbaycanda-innovasiya-esasli-ve-dayaniqli-vetendas-cemiyyetinin-inkisafi-layihemiz-cercivesinde-sosial-sahibkarliq-uzre-vebinarlar-seriyasina-start-veririk--

“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəmiz çərçivəsində sosial sahibkarlıq üzrə vebinarlar seriyasına start veririk

Sosial sahibkarların və bu sahə ilə maraqlanan şəxslərin nəzərinə!

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəmiz çərçivəsində sosial sahibkarlıq üzrə vebinarlar seriyasına start veririk.

Sosial sahibkarlığın anlamı, bu sahədə biznes modellər və vacib siyasətlər, digər ölkələrlə oxşar və fərqli cəhətlər, eləcə də uğurlu nümunələrlə tanış olmaq üçün sizi bu vebinarda iştirak etməyə və faydalanmağa dəvət edirik.

Vebinarda bir sıra xarici və yerli ekspertlər çıxış edəcək və öz təcrübələrini bölüşəcəklər.

 Tədbirə qoşulmaq üçün qeydiyyat linki

 

Müraciət üçün son tarix: 10 fevral 2022

Qeyd edək ki, tədbir ingilis dilində olacaq və azərbaycan dilinə tərcümə təmin ediləcəkdir. Tədbirdə iştirak pulsuzdur.

Suallar üçün əlaqə: [email protected]