azerbaycanda-qadin-sahibkarliginin-inkisafi-assosiasiyasi-nezerine--

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası nəzərinə!

Ağstafada fəaliyyət göstərən qadın sahibkarların nəzərinə! Bu təlim sizin üçündür. 
      Sizi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı, GİKM-in Ağstafa nümayəndəliyinin tərəfdaşlığı və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq təlimə dəvət edirik.  
Təlim zamanı siz sahibkarlığınıza faydalı olacaq aşağıdakı mövzular haqqında geniş məlumat alacaqsınız:

  •  Özünəinamın inkişafı;
  •  Planlama;
  •  Ünsiyyət;
  •  Sahibkarlıq;
  •  Sahibkarlığın əsas elementləri 

Qeyd edək ki, təlim Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Regionlarla İşin Təşkili Departamentinin rəhbəri Kəmalə Məmmədli və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Protokol Şöbəsinin rəhbəri Günay Həsənli tərəfindən keçiriləcək.
 28 noyabr
 10:00
 Ağstafa Heydər Əliyev Mərkəzi