azerbaycanli-genclerin-sebekelesme-forumunu-heyata-kecirilecek--

Azərbaycanlı Gənclərin Şəbəkələşmə Forumunu həyata keçiriləcək

ASAP ölkə xaricində yaşayan və məzun olmuş Azərbaycanlı Gənclərin Şəbəkələşmə Forumunu həyata keçirir.

Forum 28 Avqust – 1 Sentyabr tarixlərində Şamaxı şəhərində yerləşən İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş tutacaq.

Forumun məqsədi cəmiyyətimizin güclənməsində daim əsas rol oynayan, beynəlxalq müstəvidə ölkəmizin xaricdə təmsilinin səmərəli təşkilini edən, informasiya mübadiləsində aktiv fəaliyyətdə olan, nüfuzlu universitetlərdə təhsil alan və məzun olmuş peşəkar gəncləri bir araya gıtirmək və onların şəbəkələşmə prosesinin sürətlənməsində dəstək olmaqdır.

Forumda xaricdə təhsil almış və ya təcrübəsi olan tələbə və məzunlarla işləyən təşkilatlara təqdimat üçün yer veriləcək. AAA komandasının tərkibində də bir çox xarici müəssisələrlə təcrübəsi olan tələbə və məzunların da olduğunu nəzərə alaraq təşkilatın təqdimatı üçün forumda AAA-ya da yer verilib.

Ancaq yerlər məhduddur, forumda təqdimat üçün AAA-nın üst menecment pozisiyasından gedəcək nümayəndədən əlavə tədbirdə digər 9 nəfər üzvün iştirakı təmin ediləcək.

İştirakınızı təsdiq etməyiniz üçün aşağıdakı linkdən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Qeydiyyat üçün son tarix bugün saat 18:00.