azercell-hackathon-2022-nin-secim-merhelesi-baslayir--

“Azercell Hackathon 2022”-nin seçim mərhələsi başlayır

  • Tarix: 22-23 Yanvar 2022-ci il
  • Müddət: 36 saat
  • Məkan: Park Inn by Radisson Baku (Azadlıq Pr-ti, 1)
  • Müraciət qaydası: Tələblərə uyğun gələn komandalar “apply” linki vasitəsi ilə qeydiyyatdan keçə bilərlər
  • Son müraciət tarixi: 18 Yanvar 2022-ci il

Proqramçıların marafonu hesab edilən “Azercell Hackathon 2022”-nin seçim mərhələsinə başlayırıq!

Peşəkar, çevik və yenilikçi ruhlu İT və İşə Qəbul komandamız tədbir boyu səninlə olacaq! Əgər sən və komandan da kreativ həllərin yaradılmasına, komanda işinə, dinamik və davamlı öyrənməyə üstünlük verirsənsə, elə indicə qeydiyyatdan keç!

Hackathonlarda iştirak edərək siz  özünüzü təkmilləşdirmək imkanı da əldə edəcəksiniz!

  1. İlkin mərhələdə qeyd edilən tələblər üzrə komandalar toplanacaq.
  2. Növbəti mərhələdə komandalar 36 saat davam edən yarışda qarşıya qoyulan tapşırığı öncədən qeyd edilən meyarlara uyğun şəkildə ən yüksək nəticə ilə yerinə yetirməlidirlər.

Mükafat:

1-ci yer – 3000 AZN

2-ci yer – 1500 AZN

3-ci yer – dəyərli hədiyyələr

Əlavə olaraq siz həm də Azercell komandasına qoşulmaq imkanı əldə edə bilərsiniz! 

Müraciət komanda şəklində olmalıdır:

Komandalar aşağıdakı tərkibdə müraciət edə bilərlər:

  1. “Backend” Proqramçı + “Frontend” Proqramçı+Layihə Meneceri/Məhsul Sahibi
  2. “Backend” Proqramçı+ Mobil Proqramlaşdırma üzrə Mütəxəssis + Layihə Meneceri/Məhsul Sahibi

Qeyd: Hər komandada qeyd edilən 3 rol olmalıdır. 1 iştirakçı 2 rolda çıxış edə bilər.

Komanda üzvlərinin texniki tələbləri:

  • “Backend” Proqramçı:

JAVA / Kotlin

Spring boot / Micronaut

  • “Backend” Proqramçı :

JavaScript, HTML, CSS

Angular / React / VueJS

  • Mobil Proqramlaşdırma üzrə Mütəxəssis

Swift, Java, Kotlin, Dart

Flutter

Qeyd: müraciət edən tələbə olarsa, yalnız son kurs və ya Magistr dərəcəsində təhsil alan tələbələr nəzərə alınacaq.

  • Tapşırıqlar komandalara yarışmadan əvvəl elan olunacaq.
  • Nahar və çay fasilələri tədbir boyu təqdim ediləcək.
  • Dəvətlilərin COVİD pasportu olması mütləqdir.

 

Qeyd:

  • Əlavə suallarınız olarsa recruitment@azercell.com – emaili vasitəsi ilə müraciət edin;
  • Bu vakansiya üzrə müraciət etmək üçün “Apply” linkindən istifadə edin;
  • Email ilə göndərilən ərizələr nəzərə alınmayacaq;
  • E-poçtunuzu müntəzəm olaraq yoxlayın və məlumatları təqib edin;

Son müraciət tarixi: 17 yanvar 2022

Daha ətraflı: www.azercell.jobs