azercell-tecrube-proqrami-elan-edir--

Azercell Təcrübə Proqramı elan edir!

Azercell Təcrübə Proqramı / Kibertəhlükəsizlik Şöbəsi

Azercell Telecom LLC 

Location: Baku, Azerbaijan

 

İş qrafiki:  Bazar ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə  və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

İş yeri:    Tbilisi prospekti 149, AZ1122  Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis)

Təcrübə müddəti:     3 ay (6 aya qədər uzadıla bilər)

Təcrübə növü:     Ödənişsiz.

 

Əsas öhdəliklər:

  • Müxtəlif təhlükəsizlik sistemlərində baş vermiş hadisələrin dəyərləndirilməsi, sübut və məlumatların toplanaraq uyğun şəxslərə yönləndirilməsi;
  • Təhlükəsizlik insidentlərinin qeydiyyatı və sənədləşdirilməsi;
  • Təhlükəsizlik sistemlərində istifadə olunacaq skriptlərin yazılması;
  • Təhlükəsizlik sistemlərində tapşırıqlara uyğun olaraq sazlama işlərinin aparılması;
  • Mentorun verdiyi şifahi və yazılı göstərişlərin yerinə yetirilməsi;
  • Təcrübə zamanı məsul iş sahələri ilə bağlı müvafiq hesabatların hazırlanması.

 

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Təhsil:  İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə tamam və ya natam Ali təhsil;
  • Dil bilikləri:  Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili - yaxşı səviyyədə;
  • Təhlükəsizliyin təmin edilməsi sistemlərinin (SİEM, DLP, Firewall və s. ) iş prinsiplərini anlayan və ümumi şəbəkə, tətbiqlərin və kompüterlərin təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
  • Kiber hücumlar və onlara qarşı mübarizə metodları, məlumat şifrələnməsi texnologiyaları barəsində biliklərə sahib olmaq;
  • Proqramlaşdırma dillərindən hər-hansı birində təcrübə (Python arzu olunandır);
  • Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
  • Baş vermiş təhlükəsizlik insidentlərinin dəqiq, düzgün və aydın şəkildə hesabatının hazırlanması üçün yüksək yazılı bacarıqlarının olması;
  • MS Office kompüter proqramından istifadə etmək bacarığı

 

Üstünlük verilən Yetkinliklər:

  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Nəzarət etmək qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Yekun nəticəyə yönəlmə bacarığı.

İşə qəbul prosesi:

  •  CV-lərin təhlil edilməsi
  •  Texniki Bacarıqlar üzrə müsahibə
  •  Yetkinliklər üzrə müsahibə

 

Qeyd:

  1. Bütün müraciətlər səhifənin yuxarısında yerləşən MÜRACİƏT ET   düyməsini basmaqla göndərilməlidir.
  2. Müraciətiniz “Azercell Telekom” MMC-nin İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu şöbəsinin mütəxəssisi və Kibertəhlükəsizlik  Şöbəsinin rəhbərliyi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  3. Vakansiyalara dair suallarınızı Linkedin üzərindən “Azercell Recruitment Team” səhifəmizə qoşularaq ünvanlandıra bilərsiniz: https://www.linkedin.com/in/azercell-recruitment-team-469180152/
  4. Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

 

Deadline for applicants

31st August 2022 08:41 AM