Azercell təcrübə proqramı!
Təcrübəçi / Təhlükəsizlik departamenti / Biznesin Davamlılığın İdarəedilməsi bölümü
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik:
Telekommunikasiya komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın!
Biz nə təklif edirik:
İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları
Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı
Hibrid iş rejimi / çevik cədvəl
Kompensasiya mövcuddur
Texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı
Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma
Nahar şirkət tərəfindən təmin edilir
İş ilə təmin olunma şansı
İş qrafiki:
Hibrid iş rejimi ilə: Bazar ertəsi – Cümə, tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri:
“Azercell Telekom“ MMC Baş ofis – Azercell Plaza
Tbilisi prospekti, 149
Bakı, Azərbaycan
Təcrübə müddəti: 3 ay (müddət uzadıla bilər)
Təcrübəçinin əsas öhdəlikləri:
Biznesin Davamlılığın İdarə Edilməsi prosesini davamlı olaraq təkmilləşdirməsində və idarə edilməsində dəstək.
Risklərin idarə edilməsi, Biznes Təsir Analizi və Risklərin Dəyərləndirilməsi proseslərinin həyata keçirilməsində dəstək və bu proseslər üzərində qurulacaq sistemi daim olaraq nəzarətdə saxlanılmasına və yenilənməsinə dəstək.
Standartın tələb etdiyi müvafiq sənədləri hazırlayıb ISO 22301 sertifikasiya prosesini həyata keçirilməsində dəstək.
Qanunvericiliyin tələblərinə və şirkətin illik Mülki Müdafiə planına uyğun olaraq şirkətdə Mülki Müdafiə işinin təşkilində dəstək.
Tələb olunan biliklər:
Bakalavr və ya Magistratura təhsili: İnformasiya Texnologiyaları; Kompüter Elmləri; Şəbəkə Texnologiyası; Kompüter Mühəndisliyi və ya analoji sahədə ixtisas
Layihələrin idarə edilməsi prosesləri haqqında biliklər arzuolunandır.
“Structured Query Language” (SQL) & “Tableu”üzrə biliklər arzuolunandır
Microsoft Office bilikləri mütləqdir
Şəbəkə infrastrukturunun quraşdırılması və konfiqurasiyası üzrə baza biliklər.
Şəbəkə performansının və monitorinq məsələləri üzrə baza biliklər.
Təcrübə proqramına kimlər müraciət edə bilər:
Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər
Universitetin 3-cü və ya 4-cü kurs tələbələri
Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar (son iki il)
Gələcək karyerasını Təhlükəsizlik sahəsində qurmaq istəyən, öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
Əla yazılı və şifahi ünsiyyət bacarıqları
Məsuliyyət, dəqiqlik və detallara diqqət
Komandada və müstəqil şəkildə səmərəli işləmək bacarığı
Azərbaycan dili – əla, ingilis dili – yüksək səviyyədə
Müraciət qaydası:
www.azercell.jobs səhifəsinə daxil olun
Vakansiyalar bölməsindəki təcrübə proqramını seçin;
Vakansiya tələbləri ilə tanış olduqdan sonra “MÜRACİƏT ET” düyməsini seçin;
Şəxsi məlumatlarınızı yerləşdirərək «CV» –nizi yükləyin.
Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Seçim mərhələləri:
CV-lərin nəzərdən keçirilməsi
Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Deadline for applicants: 6th August 2023 12:00 PM