azergold-qapali-sehmdar-cemiyyeti-qsc-dag-meden-sahesi-uzre-tehsil-alan-ali-mekteb-telebeleri-ucun-teqaud-proqrami-elan-edir--

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün “Təqaüd proqramı” elan edir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün “Təqaüd proqramı” elan edir‼️
Proqrama aşağıda qeyd edilən sahələr üzrə tələbələr qəbul edilir:

  • Dağ-Mədən Mühəndisliyi
  • Geologiya
  • Metallurgiya

Namizədlərdən tələblər:
- 2021-2022-ci tədris ili üzrə ali məktəblərin bakalavr və magistr səviyyəsinin sonuncu kurs üzrə əyani təhsil alan;
- Azərbaycan Respublikasının vətəndaşı olan namizədlər müraciət edə bilər.

"Təqaüd Proqramı"na qəbul 2 mərhələdən (test imtahanı və müsahibə) ibarətdir.
-Test imtahanı üzrə ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq;
- Müsahibəni uğurla keçən 10 namizəd "Təqaüd Proqramı"na qəbul ediləcək;
-Namizədlər 9 ay müddətində hər ay 200 AZN olmaqla təqaüd əldə edəcək.

Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb saytında (azergold.az) “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur.
‼️Qeyd edək ki, müsabiqəyə elan dərc edildiyi tarixdən (26 oktyabr 2021) start verilir. Müraciət üçün son tarix 5 noyabr 2021-ci ildir.