azergold-qsc-ali-mekteb-telebeleri-ucun-teqaud-programi-tp-musabiqesi-elan-edib--

AzerGold QSC ali məktəb tələbələri üçün Təqaüd programı (TP) müsabiqəsi elan edib

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Təqaüdünü ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslarda təhsil alan Azərbaycan Respublikasının vətəndaşları olan tələbələrinə verilir.

         Təqaüd aşağıdakı məqsədlərlə verilir:ğ

  • Tələbələrin təhsilə və elmi araşdırmaya marağının daha da artırılması, habelə istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi və onların sosial müdafiəsinə dəstək olmaq;
  • Cəmiyyətin strateji layihələrinin gələcəkdə lazımı kadrlarla təmin edilməsi məqsədilə tələbələrin müəyyən edilməsi;
  • İstedadlı və təşəbbüskar tələbələrin qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Cəmiyyətin təcrübə programlarında iştirakı üçün şərait yaratmaq və nəzəri biliklərinin real təcrübəyə çevrilməsində yardımçı olmaq.

 

Təqaüd müsahibə keçiriləcək akademik tədris ilinin 9 ayı üçün verilir.

Təqaüd tələbəyə Cəmiyyət hesabına açılmış bank kartı vasitəsilə ödənilir.

Təqaüdün aylıq məbləği 200 manatdır. 

Təqaüd müsabiqədə keçirilən imtahandan (1-ci tur) müvəffəqiyyət qazanıb Təqaüd komissiyasının müsahibəsindən (2-ci tur) uğurla keçən tələbələrə verilir. 

Müraciət et