Azərikard MMC "Call Center operator" vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
Ali təhsil;
Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı;
Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə riayət edərək çalışa bilmə bacarığı;
Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
Böyük həcmdə işlərə hazırlıq;
Düzgün, aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı;
MC Office proqramları;
Növbə ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla).
Vəzifəsi:
- Daxil olan zənglərin qəbulu və emalı
- Müştərilərin kartlarla əməliyyatlar və kart hesablarının informasiyası üzrə məlumatlarla təmin edilməsi və konsultasiyası;
- Şirkətin məhsulları və xidmətləri haqqında məlumat verilməsi;
- Kart sahiblərindən olan sorğu və müraciətlərin sənədləşdirilməsi;
- Müştəri sorğularının emalı;
- Xidmətə qoşulmaq üçün müştərilərin cəlb edilməsi;
Namizədlərdən CV-ni "Operator" mövzusu ilə [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.